Modern.az

Tofiq Yaqublu azadlığa çıxdı

Tofiq Yaqublu azadlığa çıxdı

Aktual

22 Yanvar 2023, 10:40

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu həbsdən azad olunub.

 

Modern.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi feysbukda məlumat yayıb.

 

O bildirib ki, atası müalicə aldığı xəstəxanadan çıxıb və evə doğru gəlir.

 

"1 saata evdə olacaq", - deyə N.Həzi yazıb.

 

Qeyd edək ki, T.Yaqublu ötən ilin dekabrın 23-də 30 sutkalıq inzibati həbsə məhkum edilmişdi və bu səbəbdən aclıq aksiyası keçirirdi. Aclığa görə səhhətində problemlər yaranan siyasətçi xəstəxanaya yerləşdirilmişdi.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!