Modern.az

İqbal Ağazadə yeni təhsil nazirini tənqid etdi

İqbal Ağazadə yeni təhsil nazirini tənqid etdi

Aktual

24 May 2013, 12:46

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat İqbal Ağazadə yeni təhsil naziri Mikayıl Cabbarovun fəaliyyətini tənqid edib. Modern.az xəbər verir ki, deputat Azərbaycan vətəndaşlarının xaricdə təhsil alması üçün təqdim olunan siyahıda bəzi universitetlərin çıxarılmasına diqqət çəkib. O bildirib ki, ABŞ universitetləri bu siyahıdan çıxarılıb, yerinə isə MDB ölkələrinin universitetləri daxil edilib.
 “Bu təhsilin keyfiyyətinin aşağı salınmasına xidmət edir. Çünki bilirik ki, Amerika, Qərb universitetləri daha keyfiyyətli təhsil verir. Lakin yeni təhsil naziri MDB ölkələrinin universitetlərini siyahıya salıb ki, Azərbaycan vətəndaşları daha çox gedib o universitetlərdə təhsil alsınlar”.

Daha sonra İqbal Ağazadə kinayə ilə bildirib: “Yoxsa SSRİ bərpa olunur?!”

Deputat eyni zamanda Vəkillər Kollegiyasının ləğvini tələb edib. “Hansı vəkil hakimiyyətin xoşuna gəlmirsə, onu vəkillik hüququndan azad edirlər. Son dövrdə Aslan İsmayılov vəkillikdən çıxarılıb”.

İqbal Ağazadə eyni zamanda qəzet köşkləri ilə bağlı məsələyə münasibət bildirib. Qeyd edib ki, son vaxtlar qəzet köşkləri yığışdırılır. “Rayonlarda qəzetlər verilmir, Bakıda da qəzet köşklərini barmaqla saymaq olar.

Spiker Oqtay Əsədov Təhsil Nazirliyi ilə bağlı deputatın qaldırdığı məsləyə münasibət bildirib. Qeyd edib ki, təhsil naziri yeni təyin olunub, ona görə də onu hələ tənqid etmək, müzakirə etmək yersizdir.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı