Modern.az

İrandan növbəti təxribat, qırıcılarımız havaya qaldırıldı - Modern.az-ın icmalı

İrandan növbəti təxribat, qırıcılarımız havaya qaldırıldı - Modern.az-ın icmalı

Aktual

5 Aprel 2023, 09:40

Aprelin 4-ü Prezident İlham Əliyevə Türkiyə istehsalı olan "Togg" maşınının verilməsi, İnam Kərimovun nazir vəzifəsindən azad edilməsi və Ali Məhkəmənin sədri təyin olunması, sabiq MTN generalı Akif Çovdarovun əmlakının geri qaytarılması barədə qərara protest edilməsi, Donald Trampın məhkəməsi, Finlandiyanın NATO üzvü olması və digər mövzular gündəmdə olub.

 

Modern.az dünənin icmalını təqdim edir:

 

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 20 məsələ daxil edilib. İclasda kənd təsərrüfatı naziri İnam Kərimovun Ali Məhkəməyə hakim təyin edilməsi barədə qərar qəbul edilib. Daha sonra Prezident İlham Əliyev onu nazir vəzifəsindən azad edib və Ali Məhkəməyə sədr təyin edib. Kənd təsərrüfatı nazirinin səlahiyyətləri isə nazir müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.

 

Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Togg” elektromobilinin T10X modelinin açarını dövlət başçısına təqdim edib. Prezident "Togg” elektomobilini idarə edib. Özbəkistan mətbuatının məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə ölkəsinin istehsal etdiyi TOGG elektromobili bağışlayıb.

 

Milli Məclisin iclasında, həmçinin deputat Fazil Mustafaya qarşı sui-qəsd də müzakirə edilib. İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, martın 2-si Hacı Şahinin müəmmalı ölümü, martın 4-ü hipermarketə hücum, martın 9-u Bakıda silahlı atışma və martın 28-i millət vəkilinə sui-qəsd vahid bir zəncirdə birləşir:

 

"Orucluq ayında iftardan çıxan inanclı bir adama qarşı terror aktı törədənlər Zori Balayanla, Yaxın Şərqdə din bayrağı altında edamlar həyata keçirən İŞİD ilə eyni səngərdədirlər. Ona görə də silahlı dindarları, islam tarixində yüksək mərtəbə tutan İmam Hüseyn adına terror təşkilatı yaradanları həqiqi inanclı adamlar, bütün konfessiyaların təmsilçiləri pisləmədilər, terroru hamı lənətləməlidir".

 

1989-cu ildə təsis edilən və 1990-cı ildə dövlət qeydiyyatına alınan Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) fəaliyyətinə son verib. Partiyanın sədr müavini Səməd Əlizadənin imzaladığı bəyanatda bildirilib ki, partiya öz yaradıcısı və əsas ideoloqu hesab olunan liderini itirdiyi üçün fəaliyyətinə son qoyur.

 

Deputat Bəhruz Məhərrəmov isə deyib ki, Fazil Mustafaya qarşı terror hücumu bütövlükdə Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanlarının nəyəsə məcbur edilməsinə hesablanmış addım idi. Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva vurğulayıb ki, Fazil Mustafaya qarşı törədilmiş terrorda əli olanların hamısı layiqli cavablarını alacaqlar.

 

Ötən gün Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna qarşı təxribat törədilib. Baş Konsulluğun binası qarşısına naməlum şəxslər tərəfindən "Hüseyniyyun" terror təşkilatının bayraqları qoyulub. Ərazidə xidmət aparan polis əməkdaşları təxribatın qarşısını almaq üçün müdaxilə etməyib.

 

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını davam etdirir. Bazalanma aerodromlarından gecə uçuşları icra edən aviasiya vasitələrinin ekipajları ərazinin qiymətləndirilməsi, hərəkət marşrutlarının öyrənilməsi və digər epizodlar üzrə müxtəlif tapşırıqları icra ediblər.

 

Deputat Fazil Mustafaya qarşı törədilmiş sui-qəsdlə bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı DTX İstintaq Baş İdarəsinin müstəntiqi tərəfindən verilən vəsatətlərə baxılıb. Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılanlardan 3 şəxs barəsində 4 ay müddətinə, 1 şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən regional proseslər müzakirə edilib. 

 

Aprelin 4-də, həmçinin Baş Prokurorluq Akif Çovdarovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı qərardan protest verib.

 

ABŞ ordusu Suriyada İŞİD terror təşkilatının liderlərindən birini məhv edib. Əməliyyat zamanı öldürülən Xalid Aydd Əhməd əl-Cəburi Avropada İŞİD hücumlarının planlaşdırılmasına cavabdeh olub və təşkilat üçün rəhbərlik strukturunu hazırlayıb.

 

Dünən ABŞ-ın keçmiş prezidenti Donald Tramp qiyabi həbs olunub, daha sonra həbs qərarı ləğv edilib. Tramp həbsinin siyasi olduğunu düşünür.

 

Müharibə Araşdırmaları İnstitutunun hesabatına görə, "Vaqner" muzdluları Ukraynanın Baxmut şəhərinin inzibati binasını ələ keçirə biliblər və Rusiya hərbçiləri şəhərin mərkəzinə doğru irəliləyir. Təhlilçilər şəhər administrasiyasının dağıdılmış binasının üzərində Rusiya bayrağı olan videogörüntülərin real olduğunu təsdiqləyib və "Vaqner"çilərin binanı ələ keçirdiyini bildiriblər.

 

Dünən Finlandiya NATO-ya üzv qəbul edilib. Rəsmi mərasim NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilib. Beləliklə, Finlandiya NATO-nun 31-ci üzvü olub. 

 

Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos Türkiyəyə səfər edib. Türkiyəli həmkarı Hulusi Akarın dəvəti ilə səfərə gələn nazir onunla görüşüb. Tərəflər zəlzələ bölgəsinə yollanıblar. Nazirlər helikopterlə Hatay vilayətində zəlzələnin yaratdığı fəsadları müşahidə ediblər.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

Sərdar Cəlaloğlunun partiyası fəaliyyətini dayandırır? - AÇIQLAMA

“Siz kimin yanındasınız?” - Deputat İranın təbliğatına aldananlara MÜRACİƏT ETDİ

Mənə hücum edilməyib - Paşinyanın oğlu spikeri yalançı çıxardı

Deputat Fransaya ETİRAZ ETDİ: Mən öz evimi tapa bilmirəm

Partiyalar nə qədər qazanır - ARAŞDIRMA

İran 30 ildir türklüyü təhqir edir - Səfirdən eskalasiya ANONSU

Saxta diplomlu müəllimlər də sertifikasiyaya cəlb olunacaq - RƏSMİ

12 partiya Lalə Şövkətin ətrafında birləşmək İSTƏYİR

Türkiyə prezidentliyinə namizədlərin həyat yolu: Oğandan Ərdoğana...

Atla sürət həddini aşan eks-prezidentin həbsi  - Tramp ilk deyil

Fərarilərin sayı 11 mindən də çoxdur - Köçəryandan etiraf

Ali Məhkəmənin yeni sədri KİMDİR... - DOSYE

Köhnə maşınlardan necə xilas olaq - Ekspert və deputatdan fərqli baxış

Səssiz döyüş: İstiqamət Laçından Xankəndiyədir

Azərbaycan pensiyaya görə MDB-də İLK YERDƏ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı