Modern.az

Hüseynə qarşı vəhşilik, “pul istəsələr, mütləq deyin…” - Modern.az-ın icmalı 

Hüseynə qarşı vəhşilik, “pul istəsələr, mütləq deyin…” - Modern.az-ın icmalı 

Aktual

14 Aprel 2023, 09:44

Aprelin 13-də Azərbaycan hərbçisinə Ermənistanda işgəncə verilməsi, Prezident İlham Əliyevin Bosniya və Hersoqovinaya səfəri və digər mövzular gündəmdə olub.

 

Modern.az ötən günün icmalını təqdim edir:

 

İtkin düşən iki Azərbaycan hərbçisindən biri dünən Ermənistan ordusu tərəfindən saxlanılıb. Digər hərbçinin bir neçə gün əvvəl saxlanıldığı açıqlanmışdı. Sosial şəbəkələrdə hərbçimizə işgəncə verilməsi, döyülməsi barədə görüntülər yayılıb. Ombudsman Səbinə Əliyeva hərbçimizə işgəncə verilməsi ilə bağlı görüntülərə münasibət bildirərkən deyib ki, “Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməlidir və hərbi əsirlər hər zaman xüsusən zorakılıq əməlləri, hədələnməkdən müdafiə olunmalıdır.

 

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq həmin hərbi qulluqçularımıza baş çəkilməsini və onların vəziyyəti ilə bağlı məlumatların verilməsini tələb edirəm", - deyə ombudsman vurğulayıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, yayılmış videogörüntülərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb.

 

XİN-dən bildirilib ki, Ermənistan tərəfindən etnik zəmində zorakılığın növbəti nümunəsi olan sözügedən vəziyyət ilə əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar müvafiq olaraq məlumatlandırılıb.

 

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko yayılan videonun acınacaqlı olduğunu bildirib: “Mən saxlanılmış azərbaycanlı əsgərə qarşı zorakı münasibətin əks olunduğu videonu gördüm. Doğrudan da acınacaqlıdır. Bütün əsirlərə beynəlxalq humanitar hüquqa uyğun davranılması vacibdir”.

 

Dünən Prezident İlham Əliyev Bosniya və Herseqovinaya səfər edib. Dövlət başçısı Sarayevoda Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə görüşüb. Azərbaycan ilə Bosniya və Herseqovina arasında Bəyannamə imzalanıb. Liderlər mətbuata bəyanatlarla çıxış ediblər. Bosniya və Herseqovina Azərbaycanda səfirlik açmaq niyyətində olduğunu bəyan edib..

 

Elm və Təhsil Nazirliyi açıqlayıb ki, uşaq bağçalarında çalışan tərbiyəçi-müəllimlərin sertifikasiyadan keçirilməsi ilə bağlı işlərə başlanılıb. Hədəf 2026-cı ilədək bütün tərbiyəçi-müəllimlərin sertifikasiyadan keçirilməsidir.

 

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib. İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin postunda qalması barədə qərar qəbul edilib.

 

Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın bəyanatını pisləyib, qeyd edilib ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin 11 aprel tarixində Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı ilə əlaqədar Ermənistanı dəstəkləyən 12 aprel tarixli bəyanatı reallığı əks etdirmir. XİN, həmçinin bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın 13 aprel tarixində hökumət iclasında çıxışı zamanı Laçın istiqamətində baş vermiş son təxribatda məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atması, Azərbaycanı Praqa və Soçi görüşləri çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmaqda təqsirləndirməsi tamamilə əsassızdır və qəbuledilməzdir.

 

Kanada dövləti Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə sahəsinə öz töhfəsini verəcək. Belə ki, Kanada tərəfindən Qarabağda minatəmizləmə işləri üçün 400 000 dollar vəsait ayrılıb.

 

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

 

Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların sayı artırılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, təsnifata Ümumi fiziki hazırlıq, Kütləvi-sağlamlaşdırıcı idman və Adaptiv bədən tərbiyəsi ixtisasları daxil edilib. Yeni ixtisaslar səhiyyə, rifah və xidmət ixtisasları qrupuna aid olunub.

 

Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ABŞ Milli Qvardiya Bürosunun rəis müavini general-leytenant Mark Sassevil ilə görüşüb. Görüşdə "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti, gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi, hərbi pilotların hazırlığı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "HaberTürk"ə müsahibəsində bildirib ki, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi Ermənistan daxil olmaqla hər kəs üçün faydalıdır.

 

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, İrəvan qoşunlarının Azərbaycanla sərhəddən güzgü effekti ilə çıxarılmasına hazırdır.

 

ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycandan sonra İrəvana gedib. O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və baş nazir Nikol Paşinyanla görüşüb.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada misirli həmkarı Sameh Şükri ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlər müzakirə olunub. Çavuşoğlu açıqlamasında bildirib ki, Misir və Türkiyə Liviya mövzusunda daha sıx əməkdaşlıq edəcək.

 

2023-cü il 13 aprel tarixində Laçın rayonunun Sus kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib, nəticədə bir nəfər mülki şəxs xəsarət alıb.

 

Aprelin 13-də Fransa Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisi general Tyeri Burkar ilk dəfə Ukraynaya səfər edib. O, ukraynalı həmkarı Valeri Zalujnı ilə görüşüb. Zalujnı qeyd edib ki, bu səfər Rusiya ilə müharibədə fransalı həmkarlarının Ukrayna ordusuna dəstəyinin bariz nümunəsidir.

 

Avropa İttifaqı (Aİ) Rusiyanın "Vaqner" özəl hərbi şirkətinə qarşı sanksiyalar tətbiq edib. "Vaqner"in sahibi Yevgeni Priqojinə məxsus RİA FAN şirkəti də sanksiya siyahısına daxil edilib.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

Gələn il doktorantura və dissertantura imtahanı yeni model əsasında təşkil olunacaq

Vətəndaş nikahları artır, problemlər də çoxalır...

Nazirlikdən valideynlərə çağırış - Pul istəsələr, bizə deyin

Ermənistan görüş təklifini QƏBUL ETMƏDİ

1 il əvvəl yaradılan partiya özünü buraxdı - 12 oldular

Gələn aydan quru sərhədləri AÇILIR?

Moskva görüşü: Nələr olacaq? - ŞƏRH

Amerikalılar Çini sevmir - SORĞU

Dəhşətli cinayət: Qisas almaq üçün 2 nəfəri yandırıb öldürdü

“Mənim üçün ailəm çox dəyərlidir” - Xanım deputatla MÜSAHİBƏ

Ərdoğan Kılıçdaroğluna “Togg” hədiyyə etmədi: Pulunu verib alar

Ermənistandakı PUA və raketlər İranındır - Türkiyəli ekspertdən ŞOK İDDİA

Sürət həddinin endirilməsi qəzaları azaldacaq, yoxsa tıxac yaradacaq? 

Müstəqil Azərbaycanın ilk şəxsiyyət vəsiqəsi - FOTO

Azərbaycan Qazaxıstanı Rusiyanın “əsarətindən” xilas edir

Dünyanın ən nüfuzlu insanlarının SİYAHISI

“WhatsApp”da yeni funksiya - Artıq heç bir mesaj silinməyəcək

O, təyyarəçi olmaq istəyirdi... - Aprelin 13-ü Osman Mirzəyevin ad günüdür

Ronaldonun tənqidindən sonra baş məşqçi klubdan uzaqlaşdırıldı

Ermənistanda saxlanılan Hüseynin anası: “Balamı mənə qaytarın”

Xahiş edirəm, oğlumu əsirlikdən xilas edin – Hüseynin evindən FOTOLAR

Atasının məzara qoyulmasını görmək uşağa ağır travma yaşadır - PSİXOLOQ

O videodan sonra mən necə yaşayım? - Aqşinin anası

Koreya XİN-dən qadağa: Azərbaycan-Ermənistan sərhədinə getməyin

Ermənilər hərbçimizi döyməklə beynəlxalq hüququ POZDU

Bu görüş Ermənistanın son şansıdır - Rusiyadan reaksiya

Qalmaqallı Uşaq evində yoxlama - Nöqsanlar aşkarlandı

Əsgərimizə işgəncə verilməsi cavabsız qalmayacaq – Komitə sədri

Ermənistan azərbaycanlı əsgəri qaytarmasa… - Türkiyədən reaksiya gəldi

Paşinyan əsgərin döyülməsinə görə cavab verməlidir - Rusiyalı politoloq

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?