Modern.az

Köçərli Həsənov Naftalanda vətəndaşları qəbul edib

Köçərli Həsənov Naftalanda vətəndaşları qəbul edib

Aktual

14 Aprel 2023, 15:16

Bu gün "Azərsu” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov Naftalan şəhərində Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan sakinləri qəbul edib.

 

Modern.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qəbulda 29 nəfər iştirak edib.

 

Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...