Aprelin 7-si və 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefonla danışıb. Tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər.
Telefon danışığı zamanı, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.
Modern.az xəbər verir ki, bunun ardınca dünən İranın Ali Rəhbəri Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin "Mən də azərbaycanlıyam" adlı məqaləsinin ikinci hissəsini dərc olunub.
"İrna" agentliyində tirajlanan məqalədə Vilayəti İran və Azərbaycan xalqları arasında tarixi əlaqələrin olduğunu bildirib və bununla bğalı öz fikilərini bölüşüb.
Azərbaycan xalqının öz ölkəsini irəli apardığını diqqətə çatdıran Vilayəti regionda sülh və əmin-amanlığın bərqərar edilməsi üçün qarşıda duran vəzifələrin yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb.