Modern.az

170 cinayətkar qrup zərərsizləşdirilib - Nazir

170 cinayətkar qrup zərərsizləşdirilib - Nazir

Aktual

14 Aprel 2023, 17:52

Bu ilin birinci rübündə yerli və dövlətlərarası axtarışda olan 1572 təqsirləndirilən şəxs tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov DİN-in kollegiya iclasında bildirib.

 

Nazir qeyd edib ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilən tədbirlərlə 170 cinayətkar qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 59 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?