"WhatsApp" messencerinin yeni funksiyası sınaq üçün istifadəyə verilib.
Modern.az-ın məlumatına görə, bu funksiya istifadəçilərə "WhatsApp" hesabını eyni vaxtda 4 smartfonla əlaqələndirməyə imkan verəcək.
Əlavə edilmiş yeni cihazlar avtomatik olaraq sinxronlaşdırılacaq ki, istifadəçi heç bir mesajı qaçırmasın.
Yeni funksiyadan necə istifadə etmək olar?
1) "WhatsApp"ı ikinci cihaza quraşdırın və əsas ekrana keçin.
2) Cihazı birləşdirin və üzərinə toxunun.
3) Əsas cihaza keçin və qoşulmuş cihazlar menyusuna daxil olun.
4) Cihazı birləşdirinin üzərinə klikləyin.
5) Əsas cihazdakı ikinci cihazda görünən QR kodunu skan edin.
Hazırda yeni funksiya yalnız "WhatsApp"ın beta versiyasında mövcuddur.