Modern.az

“TamKart alış-veriş Festivalı” başlandı!

“TamKart alış-veriş Festivalı” başlandı!

Aktual

14 Aprel 2023, 19:03

ABB-nin dəstəyi, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) təşkilatçılığı ilə “TamKart alış-veriş Festivalı” başlanır. Aprelin 25-ə qədər davam edəcək festival Bakıdakı böyük alış-veriş mərkəzlərini, eləcə də şəhərin bir çox mağazalarını əhatə edəcək.

 

Festivala ABB-nin partnyoru olan 50-dən çox brend qatılıb. Beləliklə, müştərilər 200-dən çox mağazada festival fürsətlərindən faydalanaraq istədikləri malları xüsusi endirimlərlə alacaqlar.

 

Brenddən asılı olaraq müştərilərə ticarət məkanlarında 50%-ə qədər endirim veriləcək. Bundan başqa, ABB də festival zamanı Bankın bütün kart sahiblərinə ödənişlərindən 5% keşbek qazandıracaq. TamKartlılarla yanaşı, ABB-nin bütün kart sahiblərinin bu fürsətdən yararlanmaq imkanı var. TamKart sahibləri isə 6 ayadək faizsiz taksit imkanından da faydalanacaqlar.

 

ABB-dən kartı olmayan müştərilər bu fürsəti qaçırmamaq üçün onlayn sifariş verib çox qısa müddətə kart əldə edə bilərlər.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?