Modern.az

Fərman Ceyranlı azadlığa buraxıldı

Fərman Ceyranlı azadlığa buraxıldı

Aktual

14 Aprel 2023, 21:53

Gürcüstanda həbsdə olan “Lanset” klinikasının həmtəsisçisi, cərrah Fərman Ceyranlı azadlığa buraxılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Fərman Ceyranlı bu gün həbsdən azad edilib.

 

Qeyd edək ki, 2017-ci ilin mayında dələduzluq ittihamı ilə saxlanılmış Fərman Ceyranlı 2018-ci ildə Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

O, təsisçisi olduğu Lanset klinikasında qanunsuz ciyər transplantasiyası həyata keçirməkdə və pasientlərdən aldatma yolu ilə külli miqdarda pul əldə etməkdə ittiham olunub.

Sizə yeni x var
Keçid et
Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?