Modern.az

Müasir siyasi sistem Heydər Əliyevin adı ilə bağlıdır

Müasir siyasi sistem Heydər Əliyevin adı ilə bağlıdır

Aktual

10 May 2023, 10:17

Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası - ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdır.

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

 

Yeni Azərbaycan Partiyasının yaranması bütövlükdə bütün ölkəmizdə böyük əks-səda doğurduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir və bu gün də bu, belədir”.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?