Modern.az

"Kəlbəcər terrorçu Melkonyanın doğum günündə azad edilib"

Aktual

25 Noyabr 2023, 14:51

Kəlbəcər terrorçu Monte Melkonyanın doğum günündə, yəni noyabrın 25-də işğaldan azad edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X" hesabında yazıb.

 

O qeyd edib ki, 30 il əvvəl Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal edib və etnik təmizləmə aparıb:

 

"Kaliforniyada anadan olan terrorçu Monte Melkonyanın rəhbərlik etdiyi qrup Kəlbəcər sakinlərinə ərazini tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Onların çoxu qətlə yetirildi. Montenin doğum günündə, yəni noyabrın 25-də Kəlbəcər işğaldan azad edilib".

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...