Modern.az

İran ABŞ-la danışıqların ikinci raunduna hazırdır 

İran ABŞ-la danışıqların ikinci raunduna hazırdır 

Aktual

Bu gün, 15:04

İran ABŞ ilə danışıqların ikinci mərhələsinə hazır olduğunu bəyan edib.

Modern.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ və İran nümayəndə heyətləri bu həftənin sonu İslamabad şəhərində yenidən görüşə bilər. Yüksək vəzifəli iranlı mənbə bildirib ki, dəqiq tarix hələ müəyyən edilməsə də, danışıqların 17–19 aprel tarixləri arasında keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, prosesdən xəbərdar olan Pakistan mənbələri də bildiriblər ki, Pakistan tərəfi görüşün vaxtını hər iki ölkə ilə razılaşdırır və növbəti raundun həftəsonu baş tutacağı gözlənilir.

Pakistan hökumətinin yüksək vəzifəli nümayəndəsi qeyd edib ki, İranla əlaqə saxlanılıb və rəsmi Tehran ikinci raund danışıqlara hazır olduğunu təsdiqləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi