Modern.az

WUF13 günlərində 24 saat ərzində məkanlara daşınma olacaq

WUF13 günlərində 24 saat ərzində məkanlara daşınma olacaq

Aktual

Bu gün, 11:04

WUF13 günlərində 24 saat ərzində "Koroğlu" metrostansiyası yaxınlığındakı habdan K1 marşrutu ilə daşınmalar həyata keçiriləcək.

Modern.az xəbər verir ki, bu fikirləri WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə deyib.

O bildirib ki, "Koroğlu" metrostansiyasından insanlar birbaşa WUF13 məkanlarına daşınacaq.

“67 şəhərdaxili dayanacaq istifadə olunacaq. WUF13 müddətində hava limanı istiqamətində müntəzəm 6 avtobus xətti olacaq. 24 saat fasiləsiz həyata keçiriləcək. 9 nəqliyyat mübadilə mərkəzi və 2 xüsusi avtobus xətti ilə insanlar WUF13 məkanına daşınacaq. Həmin nəqliyyat mübadilə mərkəzləri bunlardır:

Şıx, İçərişəhər, Nəriman Nərimanov, İzmir, 28 May, Gənclik, Ağ Şəhər, Səbriz və Koroğlu”, - deyə o əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV