Modern.az

Kreml Ermənistanı “iki stulda oturmaq” siyasətində ittiham etdi

Kreml Ermənistanı “iki stulda oturmaq” siyasətində ittiham etdi

Aktual

Bu gün, 19:07

Kreml Ermənistanı “iki stulda oturmaq” siyasətində ittiham edib.

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Ermənistanın son dövrdə Qərblə yaxınlaşmasına münasibət bildirərkən deyib.

O, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən son görüşü xatırladaraq bildirib ki, həmin danışıqlarda bütün məsələlərə aydınlıq gətirilib.

“Təəssüf ki, İrəvan hələ də “iki stulda oturmaq” siyasətini davam etdirməyə çalışır. Bu vəziyyətdə nə qədər qalmaq mümkün olacaq, bilmirəm”, - Uşakov qeyd edib.

Kreml rəsmisi bu fikirləri Ermənistanla Böyük Britaniya arasında strateji tərəfdaşlıq bəyannaməsinin imzalanması və İrəvanda keçirilən son tədbirlərlə bağlı suala cavab olaraq səsləndirib.

Onun sözlərinə görə, Ermənistanın bu addımları Rusiya-Ermənistan münasibətlərinin inkişafına mənfi təsir göstərir:

“Bu münasibətlər həm Rusiya, həm də Ermənistan üçün faydalıdır. Hətta deyərdim ki, erməni dostlarımız üçün daha faydalıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinə Paşinyandan bir