Modern.az

Gəncə Dövlət Universitetində WUF13 ilə bağlı təqdimat - FOTO

Gəncə Dövlət Universitetində WUF13 ilə bağlı təqdimat - FOTO

Aktual

Bu gün, 13:14

Gəncə Dövlət Universitetində (GDU) BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı məlumatlandırma sessiyası keçirilib.

“WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov Modern.az-a bildirib ki, bu günə olan statistikaya əsasən, 177 ölkədən 28 mindən çox şəxs WUF13-də iştirak üçün qeydiyyatdan keçib. “BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı bölgələrdə məlumatlandırma sessiyaları keçirilir. Sessiyalar iki hissədən ibarət olmaqla günün birinci yarısı məlumatlandırma xarakterli olur, ikinci yarısı isə festival xarakterli əyləncəli maarifləndirici tədbirlər keçirilir. Qeyd edək ki, bu günə qədər festivalların keçirildiyi şəhərlərə 50 minə yaxın iştirakçı cəlb olunub”, - deyə Eldar Rəsulov bildirib.

Məlumatlandırma sessiyasında WUF13 festivalı barədə ətraflı məlumat verilib, həmçinin Forumun ölkəmiz üçün əhəmiyyətini və onun çərçivəsində gənclər üçün maraq doğuran əsas tədbirlər diqqətə çatdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV