Modern.az

Konstitusiya Məhkəməsinin kollektivi Ulu Öndərin məzarını ziyarət etdi

Konstitusiya Məhkəməsinin kollektivi Ulu Öndərin məzarını ziyarət etdi

مورد توجه

10 May 2026, 13:14

Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın məsul əməkdaşları Fəxri xiyabana gələrək, Ulu Öndər Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Daha sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda QARŞIDURMA BAŞLADI - Seçkinin nəticələri açıqlanır