Modern.az

Dövlət qurumlarına verilən yeni domenlərin sayı artıb

Dövlət qurumlarına verilən yeni domenlərin sayı artıb

Aktual

11 May 2026, 12:30

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 19 yeni domen verilib.

Modern.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 150 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.

2025-ci ildə dövlət qurumları 65 yeni domen və 285 yeni subdomen alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!