Modern.az

Balakəndə narkotik plantasiyası aşkarlandı - VİDEO

Balakəndə narkotik plantasiyası aşkarlandı - VİDEO

Aktual

12 May 2026, 09:30

Balakəndə polis narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Modern.az xəbər verir ki, tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən əvvəllər də analoji əmələ görə məhkum olunmuş 45 yaşlı Səfər Şərifov Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona məxsus bağ sahəsinə baxış zamanı 198 ədəd çətənə bitkisi aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, S.Şərifov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...