Modern.az

Samuxda səhiyyə işçilərinin peşə bayramı qeyd olunub - FOTO

Samuxda səhiyyə işçilərinin peşə bayramı qeyd olunub - FOTO

Aktual

17 İyun 2026, 10:13

Samux rayonunda 17 İyun – Səhiyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacı Bədəlli, rayon icra hakimiyyətinin əməkdaşları, həkimlər və digər tibb işçiləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib. O, ölkədə səhiyyə sahəsində həyata keçirilən islahatlar, maddi-texniki bazanın gücləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, kadr hazırlığı istiqamətində görülən işlər və əhalinin dövlət tibb müəssisələrinə etimadının artması barədə danışıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət nəticəsində ölkədə bu istiqamətdə mühüm nailiyyətlər əldə olunub. Tibb müəssisələrinin yenidən qurulması, əhalinin müxtəlif kateqoriyalarının dərman təminatı, müalicə imkanlarının genişləndirilməsi və uşaqların tibbi xidmətlərlə əhatə olunması aparılan islahatların əsas istiqamətlərindəndir.

Tədbirin sonunda peşə fəaliyyətində fərqlənən bir qrup səhiyyə işçisinə Samux Rayon İcra Hakimiyyəti tərəfindən təşəkkürnamələr təqdim olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu əks-hücuma keçdi - Ərazilər azad olundu