Modern.az

Azərbaycanda Polis günü qeyd olunur

Azərbaycanda Polis günü qeyd olunur

Aktual

Bu gün, 09:50

Bu gün - 2 iyul Azərbaycan polisinin yaranması günüdür. Polisin 108 yaşı tamam olur.

Modern.az-ın məlumatına görə, Polis gününün tarixi ötən əsrin əvvəllərindən başlayır.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan polis orqanları ilk müstəqil dövlətimizin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayıb. Sonrakı illərdə daxili işlər orqanları müxtəlif tarixi mərhələlərdən keçərək inkişaf edib, cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və hüquq-mühafizə sahəsində zəngin təcrübə formalaşdırıb.

Azərbaycan polisi Ermənistanın işğalçı müharibəsinə qarşı döyüşlərdə qəhrəmanlıqla vuruşub. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda ön cəbhəyə ilk yollanan nizami qüvvələrdən biri məhz milis əməkdaşları, sonrakı mərhələdə isə Daxili Qoşun hissələri olub. 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər yaralanıb. Onların göstərdikləri qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilib – 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 1143 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilib.

2023-cü il sentyabrın 19-da həyata keçirilən antiterror əməliyyatı zamanı Daxili İşlər Nazirliyinin 20 əməkdaşı şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan polisi bu gün ölkəmizdə sabitliyin və ictimai təhlükəsizliyin qorunması istiqamətində əzmlə xidmət edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada