Modern.az

Şuşa barədə yalan xəbər yayan məşhur hərbçiyə vəzifə verildi

Şuşa barədə yalan xəbər yayan məşhur hərbçiyə vəzifə verildi

Aktual

Bu gün, 11:06

Ermənistan prezidenti Vahan Xaçaturyan Artsrun Hovhannisyanın Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqatları Universitetinin rəisi vəzifəsinə təyin edilməsi haqqında fərman imzalayıb.

Modern.az xəbər verir ki, prezidentin imzaladığı fərmanda deyilir:

“Baş nazirin təqdimatını rəhbər tutaraq, Konstitusiyanın 133-cü maddəsinin 1-ci hissəsinə, habelə ‘Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında’ qanunun 35.1-ci maddəsinin 1-ci hissəsinə və 36-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə uyğun olaraq, Artsrun Hovhannisyan Ermənistan Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqatları Universitetinin rəisi vəzifəsinə təyin edilsin”.

Xatırladaq ki, Artsrun Hovhannisyan 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı  Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi vəzifəsini tutub. O,2020-ci il noyabrın 7-8-də baş vermiş Şuşa döyüşləri zamanı erməniləri aldatması ilə yadda qalmışdı.

Belə ki, Azərbaycan tərəfi noyabrın 8-də Şuşanın işğaldan azad olunduğunu bəyan etsə də, bir gün sonra – 9 noyabrda sosial şəbəkələrdə və mətbuatda açıqlamalar verən Arsrun Hovhannisyan şəhərin ermənilərin nəzarətində olduğunu bildirmiş və onu qorumaq üçün "xüsusi əməliyyat" keçirildiyini vurğulamışdı.

Ermənistanın “Hraparak” qəzeti sonradan Hovhannisyanın bəhs etdiyi həmin “əməliyyatı” “Gorbagor əməliyyatı” adlandırmışdı.

44 günlük müharibədən sonra Artsrun Hovhannisyan bir müddət Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik məsələləri daimi komissiyasında hərbi ekspert vəzifəsində çalışıb. 2023-cü ilin oktyabrında isə o, Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Universitetinin komanda-qərargah fakültəsinin rəisi təyin edilib. 

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada