Modern.az

Tramp ABŞ üçün 1 nömrəli təhlükəni AÇIQLADI

Tramp ABŞ üçün 1 nömrəli təhlükəni AÇIQLADI

Aktual

Bu gün, 11:16

ABŞ Prezidenti Donald Tramp kommunizmi ölkəsi üçün ən böyük təhlükələrdən biri adlandıraraq ABŞ-ın heç vaxt kommunist ölkəyə çevrilməsinə imkan verməyəcəklərini bildirib.

Modern.az xəbər verir ki, Tramp çıxışı zamanı kommunizmin yaratdığı təhlükənin hətta Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi, Pörl-Harbor hücumu və 11 Sentyabr terror hücumları ilə müqayisədə daha ciddi ola biləcəyini söyləyib.

"Ölkəmiz üçün ən böyük təhlükə məhz budur. Mən hesab edirəm ki, bu, sadaladığım hadisələrin hamısından daha ciddi təhlükə ola bilər. Çünki bu, yayılan xərçəng şişinə bənzəyir və onu mümkün qədər tez dayandırmaq lazımdır", – deyə Tramp bildirib.

ABŞ Prezidenti vurğulayıb ki, ölkəsinin kommunist dövlətə çevrilməsinə heç vaxt imkan verməyəcəklər.

"Biz heç vaxt Amerika Birləşmiş Ştatlarının kommunist ölkəyə çevrilməsinə imkan verməyəcəyik", – deyə Donald Tramp əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada