Modern.az

Azərbaycan Qazaxıstanla Orta Dəhlizi müzakirə etdi

Azərbaycan Qazaxıstanla Orta Dəhlizi müzakirə etdi

Aktual

Bu gün, 10:10

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstan Respublikasının Prezident Administrasiyası rəhbərinin müavini Asel Janasova ilə görüş keçirib. 

Modern.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Qazaxıstan arasında nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. 

Orta Dəhlizin inkişafı, onun rəqabətqabiliyyətinin artırılması, liman və nəqliyyat infrastrukturunun gücləndirilməsi, rəqəmsal platformaların tətbiqinin genişləndirilməsi, avtomobil yükdaşımalarının asanlaşdırılması və yeni bərə layihəsinin həyata keçirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Nazir Rəşad Nəbiyev Asel Janasova ilə görüşdü - FOTOLAR

Nazir Rəşad Nəbiyev Asel Janasova ilə görüşdü - FOTOLAR

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Rusiya azərbaycanlıların obyektini bombaladı