Modern.az

5 universitetdən qəbul alan BMU məzunu Britaniyanı seçdi

5 universitetdən qəbul alan BMU məzunu Britaniyanı seçdi

Aktual

Bu gün, 10:14

Bakı Mühəndislik Universitetinin (BMU) "İnformasiya təhlükəsizliyi" ixtisasının məzunu İsmayıl Əliyev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı"nın qalibi olub.

Modern.az xəbər verir ki, İsmayıl Əliyev 2022-ci ildə 562 balla BMU-ya qəbul olub. O, bakalavr təhsilini 96,8 ümumi orta müvəffəqiyyət göstəricisi ilə uğurla başa vurub.

BMU məzunu Böyük Britaniyanın Vorvik, Birminhem və Bristol universitetləri, həmçinin Latviyanın Riqa Texniki Universiteti və Litvanın Kaunas Texnologiya Universitetindən qəbul alıb.

İsmayıl Əliyev seçim edərək Böyük Britaniyanın Vorvik Universitetində "Kibertəhlükəsizlik mühəndisliyi" ixtisası üzrə magistr təhsili alacaq. Onun təhsili Dövlət Proqramı çərçivəsində maliyyələşdiriləcək.

Qeyd edək ki, İsmayıl Əliyevin əldə etdiyi uğur həm yüksək akademik göstəricilərinin, həm də Bakı Mühəndislik Universitetində qazandığı bilik və bacarıqların beynəlxalq səviyyədə tanındığını göstərir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Rusiya azərbaycanlıların obyektini bombaladı