Azərbaycan və Özbəkistanın QHT-lər üçün ilk dəfə birlikdə elan etdiyi qrant müsabiqəsi üzrə daxil olan layihələrin ekspertizasına başlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən bildirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Özbəkistan Respublikası Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondu birlikdə qrant müsabiqəsi üzrə QHT-lərdən layihə təkliflərinə dair sənədlərin qəbulu 2026-cı il iyul ayının 1-dən iyulun 30-dək aparılıb.
Azərbaycan QHT-lərinin sənədlərinin qəbulunu Azərbaycan Respublikasının QHT Agentliyi, Özbəkistan QHT-lərinin sənədlərinin qəbulunu isə Özbəkistanın Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondu icra edib. Azərbaycan QHT-ləri layihələrini Özbəkistanda, Özbəkistan QHT-ləri isə Azərbaycanda icra edəcək.
Müsabiqəyə ümumilikdə 67 layihə təklifi daxil olub. Özbəkistan Respublikası Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fonduna 21, Azərbaycanın QHT Agentliyinə isə 46 layihə təklifi daxil olub.
Hazırda QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılır. Daha sonra layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək, elan olunacaq.