Modern.az

Azərbaycan-ABŞ münasibətlərində yeni mərhəlinin başlamasından bir il ötür

Azərbaycan-ABŞ münasibətlərində yeni mərhəlinin başlamasından bir il ötür

Aktual

Bu gün, 10:43

2025-ci il avqustun 8-9-da Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli bəyyanamə Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını rəsmiləşdirən bir kimi tarixə düşdü.

Bu sənəd eyni zamanda Azərbaycan-Amerika münasibətlərinin inkişafında yüni və mühüm səhifənin açıldığını büynəlxalq aləmə nümayiş etdirdi. Bu addımın atılması Bakı ilə Vaşinqton arasında qarşılıqlı əlaqənin yeni formatının Cənubi Qafqazda davamlı sülhü və hərtərəfli əməkdaşlıq arxitekturasının formalaşmasının təməlini qoydu.

Belə ki, Ağ Evin əvəvlki administrasiyasının səbatsız xarici siyasəti nəticəsində ABŞ-Azərbaycan münasibətlərində siyasi etimadın nəzərəçarpacaq dərəcədə azalması ilə yaddaşlara həkk olunub. Təsadüfi deyil ki, əksər analitiklər ölkəmzilə bağlı siyasi diskursunda Bayden administrasiyasının qərarlarını Azərbaycana qarşı məntiqsiz və Cənubi Qafqazın yeni geosiyasi reallıqlarını yaxşı dərk etməyən yanaşma kimi  qiymətləndirirlər.

Həmin dövrdə Vaşinqton hətta öz əraziləri üzərində suverenliyini bərpa edən Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi konfiqurasiyanın əhəmiyyətini düzgün dəyərləndirə ki, bu da ikitərəfli əməkdaşlığın dinamikasına və mürəkkəb siyasi dialoqa mənfi təsir göstərirdi.

Lakin respublikaçıların Ağ Evə qayıtması ilə  ABŞ-nin Azərbaycana münasibətdə siyasətində köklü dönüş dövrü başlayıb. Əvvəllər diqqət əsasən siyasi məsələlərə və regional ziddiyyətlərə yönəlmişdisə, indi vurğu tədricən praktik əməkdaşlığa doğru dəyişir.

Strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərdə enerji təhlükəsizliyi, Orta Dəhlizin reallaşdırılması, beynəlxalq nəqliyyat layihələrinin həyata keçirilməsi, investisiya layihələri, yüksək texnologiyalar sahəsində əməkdaşlıq və ən əsası Cənubi Qafqazda uzunmüddətli sülhün təminatı məsələləri prioritet vəzifələr sırasında yer alıb.

Bu yanaşma hər iki ölkənin maraqlarına xidmət edir, çünki mövcud fikir ayrılıqları deyil, qarşılıqlı fayda əsasında münasibətlərin daha da genişləndirilməsinə və möhkəmləndirilməsinə ciddi zəmin yaradır. Məhz bu baxımdan, ikitərəfli münasibətlərin inkişafı regional sabitliyin möhkəmləndirilməsinə, genişmiqyaslı nəqliyyat layihələrinin həyata keçirilməsinə və iqtisadi əməkdaşlığın genişləndirilməsinə imkan verən amil kimi qiymətləndirilir.

Bu mənada, Cənubi Qafqazdan keçməklə Avropa və Asiyanı birləşdirən marşrutlar da daxil olmaqla, beynəlxalq nəqliyyat əlaqələrinin inkişafını Vaşinqton çox vacib vəzifələrdən biri sayır. Onların reallaşdırılması regionun iqtisadi xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirilməsini və Cənubi Qafqazın beynəlxalq logistika üçün əsas nəqliyyat qovşağına çevirlməsini şərtləndirə bilər.

Birgə nəqliyyat və infrastruktur layihələrinin hazırlanması, enerji və investisiya sektorlarında əməkdaşlığın genişləndirilməsi Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələrin bütövlükdə regionda çoxtərəfli əməkdaşlığın yaradılması və gücləndirilməsi istiqamətində atılan önəmli addımlardan biridir.

Vaşinqton sazişindən ötən bir il ərzində yüksək səviyyədə ikitərəfli siyasi dialoqun dərinləşdirilməsi, Azərbaycan və ABŞ liderlərinin müntəzəm təmasları və məktublaşmaları, həmçinin sağlam məntiqlə heç cür izah oluna bilməyən Azərbaycan əleyhinə hələ 1992-ci ildə qəbul olunmuş Azadlığı Dəstək Aktının 907-ci maddəsinə yanaşmaların yenidən nəzərdən keçirilməsi tərəflərin institusional strateji tərəfdaşlığa keçdiyini sərgiləyir.

Sözügedən bədnam “907-ci düzəliş”in dondurulması ilə bağlı verilən qərar, TRİPP layihəsi haqqında razılaşma və Zəngəzur dəhlizinin həyata vəsiqə qazanması, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri çərçivəsində Strateji Tərəfdaşlıq Xartiyasının xartiyanın imzalanması ikitərəfli münasibətlərin münasibətlərin konstruktiv məcrada inkişafının dönməz bir prosesə çevrildiyindən xəbər verir. 

Bu gün Azərbaycan regionda eyni zamanda yüksək siyasi sabitliyə, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə və əhəmiyyətli beynəlxalq nüfuza malik olan aparıcı dövlətdir.

Buna görə də, Bakı ilə Vaşinqton arasında münasibətlərin daha da inkişaf etdirilməsi Cənubi Qafqazda təhlükəsizliyin, iqtisadi inkişafın və nəqliyyat əlaqəsinin təmin edilməsində əsas amilə çevrilmək potensialına malikdir.

Əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi Azərbaycan-ABŞ əməkdaşlığının uzunmüddətli maraqlara, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanan keyfiyyətcə yeni daha yüksək səviyyəyə çatdırmağa hədəflənib.

Sözsüz ki, sadalanan məqamlar bilavasitə Azərbaycanın beynəlxalq siyasətdə artan rolunun artması və Prezident İlham Əliyevin ardıcıl diplomatik strategiyasının ərsəyə gətirdiyi reallıqdır.  Milli maraqların qorunmasına, çoxvektorlu yanaşmalara və konstruktiv dialoqa əsaslanan xarici siyasət yürüdən İlham Əliyev yalnız ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirməyə yox,  həm də Cənubi Qafqazda yeni sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlıq arxitekturasının formalaşmasında əsas iştirakçıya çevrilməsinə nail olub.

Azərbaycan Prezidentinin ardıcıl siyasəti, ilk növbədə, milli maraqlarımızın qorunmasının siyasi sövdələşmə mövzusuna çevrilməsinə imkan verməməsi ölkəmizin müstəqil xarici siyasət kursunun qorunub-saxlanmasını təmin edib. Xarici təzyiq cəhdlərinə rəğmən, Azərbaycan dövlət suverenliyi, ərazi bütövlüyü və milli təhlükəsizlik məsələlərində qətiyyətli mövqeyinin zəifləməsinə imkan verməyib.

Məhz bu ardıcıllıq hazırda Azərbaycan-ABŞ  münasibətlərinin qarşılıqlı hörmət və ölkəmizin beynəlxalq miqyadsda artan rolunun tanınması prinsipləri əsasında inkişafının təməlini qoyub.

Sahil İsgəndərov, politoloq

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada