Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib.
Modern.az xəbər verir ki, 89 yaşında dünyasını dəyişən general bu gün dəfn edilib.
Mərhum Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb. Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və digər vəzifəli şəxslər iştirak ediblər.
Generalın tabutu bükülmüş bayraq onun oğluna təqdim edilib. Mərhum torpağa tapşırıldıqdan sonra məzarı üstünə gül dəstələri, əklillər düzülüb.
Abbasəli Novruzov 1994-cü il aprelin 8-də Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.
Dəfn yerindən fotoları təqdim edirik:




































