Kürdəmirdə 91 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirildi
Modern.az xəbər verir ki, 30 sentyabr 2026-cı il tarixində saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən bildirilib ki, onların hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə Kürdəmir rayonunda yerləşən “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində baş verib.
Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.