Modern.az

“Birliyin Gücü - 2026” təliminin mərhələləri açıqlandı

“Birliyin Gücü - 2026” təliminin mərhələləri açıqlandı

Aktual

Bu gün, 10:53

"Birliyin Gücü - 2026" birgə hərbi təlimi 3 fazadan ibarətdir. 4-cü mərhələ təlimin başa çatması ilə bağlıdır".

Oxu.Az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov "Birliyin Gücü - 2026" birgə hərbi təlimi ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, birinci faza hibrid təhdidlərə qarşı mübarizədir:

"Bu mərhələ kiberhəmlələrin aşkar edilməsi və zərərsizləşdirilməsi, mediada dezinformasiyaya qarşı məlumatlandırma, güc nümayişi və çəkindirmədən ibarətdir. İkinci faza isə diversiyaya qarşı mübarizə və antiterror tədbirləri ilə bağlıdır. Təlimin üçüncü mərhələsi qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi ilə bağlıdır. Təlimin sonunda isə iştirakçı ölkələrin bayraqları ilə birgə keçid olacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım