Modern.az

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi 

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi 

Aktual

1 Oktyabr 2026, 12:44

"MİRAS" Hərbi-Sənaye Şirkəti Müdafiə Nazirliyinin tabeliyindən çıxarılaraq Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib.

Modern.az Oxu.az-a istinadən xəbər verir ki, şirkətin tabeliyində dəyişiklik edilib.

Qeyd edək ki, "MİRAS" Hərbi-Sənaye Şirkəti hərbi təyinatlı məhsulların təmiri, servisi, inteqrasiyası və modernizasiyası ilə məşğuldur.

Şirkət Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən layihələrin icrası, mövcud sistemlərin lokallaşdırılması, vaxtında təmiri və müasir tələblərə uyğun modernizasiyası istiqamətində fəaliyyət göstərir.

Hazırda şirkətin bir sıra xarici ölkələrdə aktiv müqavilələrinin olduğu bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İrandan müharibə ANONSU: Dəhşətli hücum başlayır?