Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsini uğurla keçən namizədlərin peşə yararlılığının qiymətləndirilməsi məqsədilə 3 iyun – 30 sentyabr 2026-cı il tarixlərində imtahanın şifahi müsahibə mərhələləri keçirilib.
Kollegiyadan Modern.az-a verilən məlumata görə, müsahibələr videomüşahidə şəraitində təşkil olunub. Şifahi mərhələdə ümumilikdə 88 vəkilliyə namizəd iştirak edib.
İmtahanların nəticələrinə əsasən, Vəkillərin İxtisas Komissiyası tərəfindən peşə yararlılığı təsdiq edilən 70 nəfər vəkilliyə namizəd icbari təlim mərhələsinə buraxılıb.
Qeyd edək ki, vəkilliyə namizədlərin icbari təlimi 5 oktyabr 2026-cı il tarixində saat 09:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında başlanacaq.
Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin SİYAHISI