Modern.az

Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub - FOTO 

Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub - FOTO 

Aktual

Bu gün, 15:08

Neftçala rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd olunub.

Modern.az xəbər verirTədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq orqanının əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərinin Mərkəzində ucaldılan abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər və xatirəsinə ehtiramlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edib. Ümummilli Lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i Prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanılıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən 2003-cü ildən başlayaraq prokurorluğun fəaliyyəti müasir tələblər səviyyəsində  yenilənib, maddi-texniki bazası  möhkəmləndirilib və əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması məqsədilə zəruri tədbirlər görülüb.

1552399

1552400

1552401

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım