Modern.az

İsveçrə bankı Rusiya elitasına görə nəzarətə götürüldü

İsveçrə bankı Rusiya elitasına görə nəzarətə götürüldü

Aktual

Bu gün, 15:23

İsveçrənin maliyyə bazarlarına nəzarət qurumu FINMA “Julius Baer” özəl bankında çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində pozuntularla bağlı genişmiqyaslı araşdırmanı yekunlaşdırıb.

Modern.az xəbər verir ki, araşdırma iki əsas istiqaməti əhatə edib.

Bunlardan biri Rusiyanın siyasi nüfuz sahibi şəxslərinin aktivlərinin mənşəyinin illərlə lazımi səviyyədə yoxlanılmaması olub. Digəri isə Rene Benkonun müflis olmuş Avstriya şirkətlər qrupu “Signa”ya verilən 700 milyon dollarlıq kreditlərin silinməsi ilə bağlıdır.

Pozuntulara görə FINMA bankdan əlavə 300 milyon dollar kapital saxlamasını tələb edib. Bu tələb riskli müştərilərin aktivlərinin bankdan çıxarılması prosesi başa çatanadək qüvvədə qalacaq.

Bundan başqa, “Julius Baer”in həmin iki müştəri qrupu ilə işindən əldə etdiyi təxminən 12 milyon dollar mənfəət müsadirə olunacaq.

Banka gücləndirilmiş nəzarət 2032-ci ilədək davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım