Modern.az

Elman Rüstəmovun bəyanatı

Elman Rüstəmovun bəyanatı

3 Sentyabr 2009, 18:00

2009-cu ilin 2-ci rübündən başlayaraq Azərbaycan iqtisadiyyatında pozitiv meyllər güclənib. İqtisadi artımın əsas mənbəyi olan məcmu tələb yenidən artıb. Elman Rüstəmovun fikrincə , bu gün bank sektorunda müflisləşmə halları yoxdur , sektor öz yüksək mənfəətliliyini və investisiya cəlbediciliyini qoruyub saxlayır : “Ötən səkkiz ayda bank sektoru xaricdən 400 milyon dollara yaxın vəsait cəlb edib. İlin əvvəlindən əhalinin əmanətləri 5 faiz çoxalıb.

Antiböhran tədbirləri çərçivəsində ötən ilin oktyabr ayından indiyədək mərkəzi bank iqtisadiyyata, o cümlədən real sektora 2 milyard   dollara yaxın likvidliyi təmin edib. İpoteka fondunun fəaliyyətinin yenidən aktivləşməsi isə tikinti sektoru və daşınmaz əmlak bazarında stabillik yaradıb. Bu həm də iqtisadi artıma və məşğulluğa əlavə dəstək verib”.

Milli bankın rəhbəri alüminium sənayesinin birbaşa kreditləşməsi üçün hökumətdə zəmanət verilməsinin müzakirə olunduğunu da deyib. Elman Rüstəmov hesab edir  ki, belə şəraitdə ölkə 2010-cu ilə sabit iqtisadi dinamika və yüksək maliyyə dayanıqlığı ilə keçəcək: “Makroiqtisadi sabitliyin qorunması və qeyri-neft sektorunda yüksək iqtisadi artımın bərpası 2010-cu ilin əsas iqtisadi vəzifələri olacaq. Bu baxımdan mərkəzi bank təkrəqəmli inflyasiya səviyyəsinin saxlanmasına dəstək verəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır