8 Sentyabr 2017, 12:50 | Ana Səhifə - Yazılar - Bu nədi ə?!
Bu nədi ə?!

Hidayət Elvüsal


Yuxa Qulağı Sulayanlar Cəmiyyəti bu məsələyə elmi cəhətdən yanaşır. Onlar deyirlər ki, Fatı qarı xəmirin suyunu az və ya çox eləsə, kündə təndirdə küt gedəcək və pendir dürməyindən məhrum olacağıq. Odur ki, Fatı qarı “Xəmiryoğurmanın əsasları” elminə dərindən bələd olmalıdır. Əgər əlimizdə pendir dürməyi olmasa, düşmən hücumlarını necə dəf edə bilərik?

Üç Badam Bir Qoz Birliyi bu fikirlə əsasən razıdır. Həm də qeyd edir ki, kündənin təndirdə küt getməsi yaxşı əlamət deyil. Eyni zamanda Fatı qarının dişləri yoxdur və o, nə badam yeyə bilir, nə də qoz. Birliyimizin nəzdində fəaliyyət göstərən Azqozsındırma Komitəsi ona ləpə təklif edir. Amma Fatı qarının ağzı o qədər büzülüb ki, üç badam nədir, heç bir buğda da yerləşməz. Qozdan isə söhbət salmağa dəyməz. Belə olduğu halda o necə fit çalıb haray sala bilər ki, ey igidlər, qaçın canınızı qurtarın, düşmənlər gəldi!

Gecələr İpdən Asılmış Qadın Paltarlarını Qoruyanlar Cəmiyyəti bu məsələnin həllində fəallıq göstərirlər. Onların lideri deyir:

- Fatı qarının bir ayağı burdadır, o biri Allah bilir harda. Düşmənləri qorxutmaq üçün bizim təcrübəmizdən istifadə etmək həm ona, həm də bizə xeyirdir. Gecələr paltar oğurlayanları görəndə nitqimiz tutulur və bunu səhərə kimi açıb-ağarda bilmirik. Zənnimcə Fatı qarı gecələr ağ mələfəyə bürünüb arabir qolunu-qıçını oynatsa, bizim də bağrımız yarılar, düşmənlərin də. Və onlar bu sirdən agah olmadıqları üçün deyəcəklər ki, şəhərdə kəfənə bürünmüş əcaib-qəraib adamyeyənlər var.

Ağcaqanadları və Taxtabitiləri Müdafiə Şurasının sədri yerindən dik atıldı:

- Heç elə şey yoxdur! Fatı qarının qanı şirindir və bizim ittifaq tabeliyində olan müəssisənin neçə baş taxtabitisi həmin mənbədən qidalanır. Fatı qarının mələfəyə bürünüb, əl-qol oynatması ağcaqanadları ürküdər və bu, bizə iqtisadi ziyanlar hesabına başa gələr. Odur ki, Fatı qarının gecələr öz yerində uzanması vacibdir. Qoy düşmənlər görsünlər ki, Fatı qatı onları heç zadına da almır… vecinə! Özünü Vətən taxtabitilərinin yolunda fəda edir. Ayağa qalxsa, onları tumanbağı ilə boğar.

- Srağagün Fatı qarı tumanını yuyub sərmişdi. Gecə ipdən açıb apardılar.

- İndi deyirsən bir tumanbağıdan ötəri düşmən bizi ayaqlasın? Yəni bir bezin qırağından Fatıya tuman tikdirə bilməzsiniz ki, Vətən xilas olsun?

Görüşün sonunda Şlyapalı Dilənçilər Komitəsinin məsul katibi tribunaya qalxdı:

- Yoldaşlar! Qarşımızda çox mühüm, həlli vacib olan problemlər dayanır. Hər şey alternativ yolla həll edilməlidir. Yəqin fikir vermisiniz, şəhərimizin küçə və meydanları dilənçilərlə doludur. Onlar camaatdan 5 qəpik, 10 qəpik, hətta bir abbası pul alırlar. Adımızı biabır edirlər. Yoldaşlar, kişi 5 min alar, 50 min alar, hələ desən… Vəzifə bizdə, boy-buxun bizdə, imkan, arxa, kömək bizdə, qeyrət… Bircə dəfə ağzınızı açıb demirsiniz ki, yoldaşlar, vətənin boynunda sizin də haqqı-sayınız çoxdur. Bayaqdan bəri Fatı qarını tərifləyib qoymusunuz dağın başına. Elə sabah qərar çıxarırıq ki, Fatı qarı xaindir. Kündəsi küt gedir, taxtabitilər canına daraşır, tumanını oğurlatdırıb, ağzına badam yerləşmir, fit çala bilmir, hay-hayı gedib, vay-vayı qalıb. Vətəni qorumaq millətlərarası ədavəti qızışdırmaqdır! Biz buna yol verə bilmərik.

Bir özgəsi:

- Ədalət naminə deməliyəm: sıralarımız möhkəmlənir, yeni cəmiyyətlər, birliklər yaranır. Bu gün ən mütərəqqi ideyaları olan birlik və cəmiyyətlərin adını çəkmək istərdim. Məsələn, Dartma Yaxam Cırıldı Cəmiyyəti. Yeznələri Müdafiə Komitəsi vəzifə bölgüsündə iştirak etmək hüququ qazanıb. Toydan sonra Nağara Çalanlar Cəmiyyəti “Saxla Samanı Gələr Zamanı İttifaqı”. Meymun Baxar Güzgüyə Adını Qoyar Özgəyə Şurası isə bizim Şlyapalı Dilənçilər Komitəsinin nəzdində fəaliyyət göstərəcək.

Beləliklə, yoldaşlar, kifayət qədər imkanlar var. Komitə əmin olduğunu bildirir ki, bundan sonra bu cəmiyyətlərin fəaliyyəti xaricdəki dostlar tərəfindən mükafatlandırıdacaq. Sizə inanırıq. Vətənin xilası, millətin qeyrəti, torpağımızın azadlığı məhz belə cəmiyyət və birliklərin ideya yekdilliyi ilə həyata keçirilə bilər.

Axırda məsul katib Boşboğazlar Cəmiyyətinin rəhbərlərini qəbul etmiş, onların görəcəkləri işlərlə maraqlanmışlar. Bu cəmiyyətin qeydə alınması gələn iclasların birində müzakirə olunacaq.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ 30 Noyabr 2020, 18:05 İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident 30 Noyabr 2020, 17:59 Qəzada ölən tələbələr Covid-19 xəstələrini müalicə edirdilər - TƏBİB 30 Noyabr 2020, 17:53 Paşinyan rusiyalı həmkarı ilə telefonda danışdı 30 Noyabr 2020, 17:47 Banklarda bu günə olan valyuta məzənnələri 30 Noyabr 2020, 17:42 Azərbaycanda koronavirusa yoluxma AZALDI 30 Noyabr 2020, 17:36 Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi 30 Noyabr 2020, 17:30 “Oğlum öz şəklinə baxıb dedi ki, bir gün burada şəhid görəcəksən” - Şəhid anası 30 Noyabr 2020, 17:25 Azərbaycanın axtarışa verdiyi jurnalist Laçına gəldi 30 Noyabr 2020, 17:20 FHN-in Laçındakı inzibati binasının lövhəsi hazırdır 30 Noyabr 2020, 17:14 Ermənilər daha bir tarixi məscidimizi tövləyə çevirdi - FOTO 30 Noyabr 2020, 17:09 Laçının yol nişanları hazırlanıb 30 Noyabr 2020, 17:03 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 30 Noyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə getməyə nə vaxt icazə veriləcək? - AÇIQLAMA 30 Noyabr 2020, 16:53 “Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb   30 Noyabr 2020, 16:50 Rusiyanın Qafqazda rolu necə olacaq? - ŞƏRH 30 Noyabr 2020, 16:45 “Qəbələ” - “Qarabağ” matçının vaxtı açıqlandı 30 Noyabr 2020, 16:39 YAP Gəncə şəhər təşkilatının gəncləri şəhid ailələrini ziyarət ediblər - FOTO   30 Noyabr 2020, 16:34 Putin də Paşinyandan üz çevirdi – Moskva səfəri ləğv olundu 30 Noyabr 2020, 16:29 Biləsuvarda avtomobil kanala aşdı 30 Noyabr 2020, 16:26 Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi - Ədalət Vəliyevin YAZISI 30 Noyabr 2020, 16:20 Erməni bayrağını erməninin özünə endirtdi - VİDEO 30 Noyabr 2020, 16:16 Atambayev barədə məhkəmə hökmü ləğv edildi 30 Noyabr 2020, 16:11 Deputatın adına saxta profil açıldı   30 Noyabr 2020, 16:07 Sülhməramlılar münaqişə zonasından 600-dən çox cəsəd çıxarıb 30 Noyabr 2020, 16:05 İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana DƏSTƏK 30 Noyabr 2020, 16:03 Azərbaycanda 8 siyasi partiya sədri vəfat edib 30 Noyabr 2020, 16:00 Şuşa uğrunda şəhid olan müəllim 30 Noyabr 2020, 15:55 Baş Prokurorluq əhaliyə müraciət etdi - VİDEO 30 Noyabr 2020, 15:50 Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri TAPILDI - FOTO 30 Noyabr 2020, 15:45 Gəncədə erməni terroruna qarşı aksiya keçirildi - VİDEO 30 Noyabr 2020, 15:44 Ermənistanın dinc əhaliyə qarşı cinayətlərinin STATİSTİKASI 30 Noyabr 2020, 15:40 Evini tərk edən daha iki nəfər COVİD-19 xəstəsi saxlanıldı 30 Noyabr 2020, 15:37 Dil- xalqı birləşdirən DƏYƏR 30 Noyabr 2020, 15:31 İcra başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib - FOTO   30 Noyabr 2020, 15:28
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?