29 mart 2018, 14:31 | Ana Səhifə - Yazılar - Özümüzə ad qoyuruq
Özümüzə ad qoyuruq

Hidayət Elvüsal


Həmişə belə olub. Özümüzünküləri özgələrə oxşatmasaq, rahat ola bilmirik. Qısa danışaq. Bir vaxtlar Cəfər Cabbarlıya deyirdilər ki, o, Azərbaycanın Şekspiridir. Hüseyn Cavidə də eynən. Bir deyən olmadı ki, ay qardaş, Şekspir böyük sənətkardır, söz yox. Amma Cavid, Cəfər, İlyas, Firuz… da bizim sənətkarlarımızdır. Bu sənətkarlara özgə libas geyindirməyin. Hərənin öz adı var.

Rəşad Sadıxov yaxşı futbolçudur. Ona da deyirdilər - Azərbaycanın Maradonası. Hələ Aygün Kazımova… Bilmirəm bu “diva” sözünün mənasını bilən var, ya yox, onu da Bülənd Ərsoya bənzədənlər tapıldı. Hələ bu iki “diva”nın qarşı-qarşıya da gətirdilər. Bizim allı-güllü teleaparıcılardan biri məsələni belə izah edirdi:

- Yerli diva (yəni Bülənd xanım-bəy) bizim divanı qısqanır.

Və bu aparıcının daha sonra dediklərindən məlum olur ki, “diva”lar cavan, yaraşıqlı bir oğlan uğrunda mübarizə aparırlar. Yəni bizim “diva” gedib yerli “diva”nın əlindən o oğlanı alıb.

Bir vaxtlar bizə də Art Buxvalt deyirdilər. Nə var ki, hər gün yazırdıq.

Bunlar öz yerində. Bəs, rüşvətxorlarımızın niyə dünya qapında göstərmirik? Bəs narkobiznesin böyüklərinə “boss”, “baron” deməklə kifayətlənmək bəs edirmi? Niyə adlarını çəkmirlər. Desinlər də, desinlər ki, filankəs Azərbaycanın… olmadı. O yekə narkobaranların adları yadımda deyil.

Başqa bir məsələ də var. Heç eşitmirik ki, hansısa bir ölkədə desinlər ki… Məsələn, Çarli Çaplinə Amerikanın Arif Quliyevi desinlər. Yaxud Paqanininin... Habil Əliyevə oxşatsınlar. Yazıçılar, şairlər də elə.

Niyə?

Çünki öz qədrimizi bilirik. Özgələrinə bənzətdiyimiz insanları yetərincə qiymətləndirmirik. Elə bu səbəbdəndir ki, Məhəmməd Hadi küçələrdə sərgərdan dolanır, Rasim Balayev dərman ala bilmir. Flora Kərimova, Ramiz Rövşən… layiqincə qiymətləndirilmir.

Belələri azdırmı? Yox! Az deyil. Qədir-qiymət bilmirik. Hər kəsə şəxsi münasibət eynəyindən baxırıq.

Bilmirəm fikir vermisinizmi? Bir çox istedadlar, elm adamları məhz hansısa xarici ölkə tədbirlərindən, yaxud təqdimatlarından sonra tanınır. Daha doğrusu tanıyırıq.

Tanıyan kimi də ad qoyuruq - Azərbaycanın…

Hə! Başqa ad lazım deyil. Məhz Azərbaycanın  alimi, qəhrəmanı, şairi, aktyoru, rəssamı, bəstəkarı…

Qoy onlar bizi özlərinə oxşatsınlar!

 

 

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Türkmən Həkimləri Dərnəyinin sədri İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 18:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi - FOTO 30 Noyabr 2020, 18:14 Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ 30 Noyabr 2020, 18:05 İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident 30 Noyabr 2020, 17:59 Qəzada ölən tələbələr Covid-19 xəstələrini müalicə edirdilər - TƏBİB 30 Noyabr 2020, 17:53 Paşinyan rusiyalı həmkarı ilə telefonda danışdı 30 Noyabr 2020, 17:47 Banklarda bu günə olan valyuta məzənnələri 30 Noyabr 2020, 17:42 Azərbaycanda koronavirusa yoluxma AZALDI 30 Noyabr 2020, 17:36 Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi 30 Noyabr 2020, 17:30 “Oğlum öz şəklinə baxıb dedi ki, bir gün burada şəhid görəcəksən” - Şəhid anası 30 Noyabr 2020, 17:25 Azərbaycanın axtarışa verdiyi jurnalist Laçına gəldi 30 Noyabr 2020, 17:20 FHN-in Laçındakı inzibati binasının lövhəsi hazırdır 30 Noyabr 2020, 17:14 Ermənilər daha bir tarixi məscidimizi tövləyə çevirdi - FOTO 30 Noyabr 2020, 17:09 Laçının yol nişanları hazırlanıb 30 Noyabr 2020, 17:03 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 30 Noyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə getməyə nə vaxt icazə veriləcək? - AÇIQLAMA 30 Noyabr 2020, 16:53 “Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb   30 Noyabr 2020, 16:50 Rusiyanın Qafqazda rolu necə olacaq? - ŞƏRH 30 Noyabr 2020, 16:45 “Qəbələ” - “Qarabağ” matçının vaxtı açıqlandı 30 Noyabr 2020, 16:39 YAP Gəncə şəhər təşkilatının gəncləri şəhid ailələrini ziyarət ediblər - FOTO   30 Noyabr 2020, 16:34 Putin də Paşinyandan üz çevirdi – Moskva səfəri ləğv olundu 30 Noyabr 2020, 16:29 Biləsuvarda avtomobil kanala aşdı 30 Noyabr 2020, 16:26 Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi - Ədalət Vəliyevin YAZISI 30 Noyabr 2020, 16:20 Erməni bayrağını erməninin özünə endirtdi - VİDEO 30 Noyabr 2020, 16:16 Atambayev barədə məhkəmə hökmü ləğv edildi 30 Noyabr 2020, 16:11 Deputatın adına saxta profil açıldı   30 Noyabr 2020, 16:07 Sülhməramlılar münaqişə zonasından 600-dən çox cəsəd çıxarıb 30 Noyabr 2020, 16:05 İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana DƏSTƏK 30 Noyabr 2020, 16:03 Azərbaycanda 8 siyasi partiya sədri vəfat edib 30 Noyabr 2020, 16:00 Şuşa uğrunda şəhid olan müəllim 30 Noyabr 2020, 15:55 Baş Prokurorluq əhaliyə müraciət etdi - VİDEO 30 Noyabr 2020, 15:50 Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri TAPILDI - FOTO 30 Noyabr 2020, 15:45 Gəncədə erməni terroruna qarşı aksiya keçirildi - VİDEO 30 Noyabr 2020, 15:44 Ermənistanın dinc əhaliyə qarşı cinayətlərinin STATİSTİKASI 30 Noyabr 2020, 15:40 Evini tərk edən daha iki nəfər COVİD-19 xəstəsi saxlanıldı 30 Noyabr 2020, 15:37
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?