31 Dekabr 2020, 22:46 | Ana Səhifə - Yazılar - Bu zəfər oğul, ata, qardaş həsrətli ailələrin hesabınadır
Bu zəfər oğul, ata, qardaş həsrətli ailələrin hesabınadır

Elçin Alıoğlu

İlin son günüdür. Evdə işıq sönüb. Yox, elektrik işığını demirəm. İşıq, bütün ümidlər, evin ötəni və gələcəyi, onların qəlbi.

Oğul.

Ata.

Qardaş.

Eynən belədir. İşıq sönüb. Həyatsa davam edir. Çünki evdə olanlar yaşayırlar.

Amma əvvəlki təki həyatları olacaqmı?

Küçədə isə həyat davam edir. İnsanlar harasa tələsir, deyir, danışır, yürüyür. Hər kəs nə isə arayır, nəyə isə can atır.

İndi, axşam saatlarında, hansısa mənzildə, hansısa kənddəki evdə Ana oğlunun otağında oturub. Otaq soyuqdur. Gör, nə zamandı qızdırılmır, isinmir. O, əri ilə yaşayır. Tək qalıb, oğulsuz. Oğlu şəhid olub.

Ana oturub oğlunun otağında. Ərindən oğrun, gizlin. Ağlayır. Göz yaşları sözə baxmaz ki. Əri hirslənir o ağlayanda. Gözüyaşlı, qəhərli hirslənir, "Ağlama, bəsdi!" deyir - sınıq səslə.

Ana soyuq otaqdadır. Əlində oğlunun yayda aldığı, fürsət tarpıb geyinmədiyi köynəyini tutub. Balasının iyini alır o köynəkdən.

Ana o köynəyi elə həsrətlə qoxlayır ki. Elə ki, balasının ətrini doyunca sinəsinə çəksin.

Elə ki, bilmədən o ətrin hamısını sinəyə doldurmasın - sabaha, o biri günə, həmişə qalsın o ətir.

Gələn dəfələrə də qalsın.

Ata siqaret çəkir. Tüstü sinəsində qalıb. Dərd kimi. Oğlunun telefonu əlində. Sığallayır o telefonu, sanki indi zəng çalacaq, oğlunun səsi gələcəkmiş kimi.

Amma telefon öz sahibinə zəng etməz ki. Sahib yoxdursa illah.

Oğulsa xəbərsiz bütün bunlardan. Savaşa yollananda, Vətən torpağını vücudu ilə örtəndə yalnız qisası düşünürdü.

Qisas, savaş onun üçün ata, ana idi. Vətən idi.

Vətən qəbul etdi onu, bağrına basdı övladını.

Vətən müharibəsi hər şəhid ailəsində kiçik savaş təki bitdi.

... Nənə bu axşam bayram təbriklərini eşitmir, görmür. Kimsəni də təbrik etmir.

Yeni illə bağlı nə ümidi olasıdır ki. Saat 12-ni də gözləməyəcək, yatacaq. Heç nə gözləmir, heç ümidi yox.

Ümidi masanın üstündən, küncü qara lentli fotodan baxır ona indi.

... Gənc qız bu axşam ailə masasının arxasından tez duracaq. Çox tez. "Başım ağrıır, yuxum gəlir, yatmaq istəyirəm" deyəcək anasının nigaran, atasının səbrli baxışlarına.

Keçəcək otağına. Oktyabrın əvvəlindən xəbərini gözlədiyi sevgilisi ilə ilin əvvəlində çəkdirdiyi fotosuna baxacaq oğrun-oğrun.

Ağlayacaq, hıçqıracaq və onun səsini yenidən, bircə an olsa belə, eşitmək üçün Yaradana yalvaracaq.

Zəfər ili oldu Vətənə.

Bu zəfər, Qələbə oğul, ata, qardaş həsrətli ailələrin hesabınadır.

Ölüb də ölməyənçün ölüm cana minnətdir,

Ey Həqq üçün can verən, ölümün nə nemətdir...

Ol səbəbdən ağlama şəhid bacısı, şəhid anası, şəhid xanımı.

Yağış damlar şəhidimin cənnətinə.

Hər birinizin əlindən öpürəm.

Çün bu əl Vətən əlidir…

Vətən yaxşıdır…

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bayden Ermənistan və Azərbaycanı danışıqlara çağırdı 5 Avqust 2021, 03:54 İldırım toy mərasiminin 16 iştirakçısını vuraraq öldürdü 5 Avqust 2021, 01:00 “Futbolçular daha peşəkar davranmalıdırlar” - Qurban Qurbanov 5 Avqust 2021, 00:55 FHN Türkiyəyə göndəriləcək üçüncü qrupla bağlı məlumat YAYDI 5 Avqust 2021, 00:49 Tokio-2020-də medal sıralaması 5 Avqust 2021, 00:38 Azərbaycanda yeni musiqi aləti yaradıldı - VİDEO 5 Avqust 2021, 00:27 “Yanğınların söndürülməsinə dəstək olan ən önəmli ölkə Azərbaycandır” 5 Avqust 2021, 00:19 Azərbaycan daha 20 ölkə ilə sərhədlərini açdı 5 Avqust 2021, 00:08 Daha iki idmançımız mübarizəyə BAŞLAYIR 4 Avqust 2021, 23:59 Azərbaycan ABŞ-a qoyduğu bu qadağanı ləğv etdi 4 Avqust 2021, 23:48 Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı 4 Avqust 2021, 23:39 “Ciyərlərimizi yandıranların ciyərlərini yandıracağıq” - Ərdoğan 4 Avqust 2021, 23:28 Türkiyədə yanğın İES ərazisinə daxil oldu - VİDEO 4 Avqust 2021, 23:19 Türkiyədə yanğınlarla mübarizə davam edir - VİDEO 4 Avqust 2021, 23:09 Türkiyədə 1 ailəni qətlə yetirən şəxs tutuldu - FOTO 4 Avqust 2021, 22:58 Canlı yayında intihara cəhd edən qazi xəstəxanaya yerləşdirildi 4 Avqust 2021, 22:48 İraqdakı ABŞ hərbçilərinə hücum edilib 4 Avqust 2021, 22:39 Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi 4 Avqust 2021, 22:28 Daşkəsən sakininə balta ilə xəsarət yetirildi 4 Avqust 2021, 22:17 Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyət göndərilir 4 Avqust 2021, 22:08 Ukraynada azərbaycanlı gənc qətlə yetirildi 4 Avqust 2021, 21:59 Bu regionlarında böyrək daşı xəstəliyi daha geniş yayılıb 4 Avqust 2021, 21:48 Türkiyədə koronavirusla bağlı son vəziyyət 4 Avqust 2021, 21:39 Azərbaycanda valyuta ehtiyatlarının artımı proqnozlaşdırılır 4 Avqust 2021, 21:29 Bu ölkədə 3 yaşdan yuxarı uşaqlara da vaksin vurulacaq 4 Avqust 2021, 21:18 Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi 4 Avqust 2021, 21:08 Şokoladın səbəb ola biləcəyi xəstəliklər 4 Avqust 2021, 20:59 Bakı əhalisi ərzağa milyardlar xərcləyir 4 Avqust 2021, 20:48 MİQ üzrə müsahibə nə vaxt başlayacaq? 4 Avqust 2021, 20:39 Karantin qaydalarını pozan toy sahibləri CƏRİMƏLƏNDİ 4 Avqust 2021, 20:26 Bu gün 68 mindən çox vaksin vurulub 4 Avqust 2021, 20:14 Azərbaycanda yoluxma 1000-ə çatır - 5 nəfər öldü 4 Avqust 2021, 20:08 YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib 4 Avqust 2021, 20:00 Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu 4 Avqust 2021, 19:51 Ərdoğan Baxçalını evində ziyarət etdi 4 Avqust 2021, 19:40