Modern.az

Jurnalist Rauf Arifoğlu ilə FOTOSÖHBƏT

Jurnalist Rauf Arifoğlu ilə FOTOSÖHBƏT

23 İyul 2014, 11:45

Rauf Arifoğlu 23 iyul 1966-cı ıldə Tovuzun Yuxarı Öysüzlü kəndində anadan olub. Həmin kəndin orta məktəbini qurtarıb. 1988-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə isə Qərb Universitetini bitirib. 1988-ci ildə milli-azadlıq hərəkatına qoşulub. 1989-cu ildə qeyri-formal olaraq “Birlik dərgisi”ni çap etdirib. 1989-cu ildə isə “Yeni Müsavat” qəzetinin əsasını qoyub. Eyni zamanda, Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasını (AMDYMP) yaradıb. 1992-ci ildə isə AXC rəhbərliyindən olan bir neçə şəxslə Müsavat Partiyasını bərpa ediblər və AMDYMP Müsavata birləşib. Müxtəlif vaxtlarda Müsavatın başqan müavini olub. İndi isə partiyanın sıravi üzvüdür. İyirmi ildir “Yeni Müsavat”ın baş redaktorudur. Evlidir, 3 övladı var.

 

 Bir yaşlarımın şəklidi, atamın qucağında böyük bacım Nüşabədir, mən anamın qucağındayam. Solumdakı isə qonşumuzdur

Bacım Nüşabə ilə

 Soldan birinci mənəm, sonra bacım Lətafət, Azər Ayxan və böyük bacım Nüşabə
 Beşinci sinif şəklimdi, anamla
 Sinif yodaşım Ehtimal adını doğrultdu və indi güclü riyaziyyatçıdır

Bu da pioner olduğum günlər

 

IX sinifdə hərbi hazırlıq fənnində məşğələ zamanı

 Tələbəlik illəri, Gəncə, hərəkata qoşulmayan tələbə yoldaşlarımla əlaqəm yoxdu

Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasından olan döyüşçülər. Onlardan bir neçəsi dünyasını dəyişib. Allah rəhmət eləsin

Bu şəkil Azadlıq meydanında çəkilib. Hatəminin Qızılbaşlarıdır

1992-ci il, İsa Qəmbər spiker idi, Müsavat Partiyası İçərişəhərdə iməcilik edirdi, biz aradan çıxıb dənizin kənarına çay içməyə getdik

1998-ci il, qəzetlərin kütləvi şəkldə məhkəmələrə verildiyi vaxtlar, bütün vaxtımızı belə mənasız şeylərə verməli olurduq

Türk dünyasının ölməz ismlərindən olan Dövlət Baxçalı baş nazirin birinci müavini olarkən çəkdirmişik bu şəkli 

Strasburqdayıq. Avropa Şurasına daxil olmaqla bağlı Azərbaycanın ərizəsi müzakirə olunur. Elə bilirdik, o quruma qəbul olunsaq, problemlərimiz həllini tapacaq...

Bu da həmin vaxt lentə alınıb.

Avropa Şurasına getmişdik

 

Avropa Şurasına qəbul olunmuşuq

Mətbuatla bağlı tədbirlərin birində

Təxminən on il əvvəlin şəklidi, "Yeni Müsavat"ın redaksiyası, qızlarım Dünya, Aytən və xanımım

Naxçıvanda Mömünə Xatun türbəsinin önündə Yeni Müsavatçılarla

Bu şəkildə danışıb eləmirik, rəhmətlik Alim dedi ki, özünüzü danışan kimi göstərin, şəkil canlı alınsın, biz də özümüzü qoyduq artistliyə

Baki-Tiflis-Ceyhan neft kəmərinin aşılışı...Biz də Adanada-Türkiyədəyik

Həccdən qayıdıram

Həcc ziyarətindən qayıdanda getdiyim adam olmadığımı dərk elədim. Həyata baxışım tamam dəyışmişdi...

Bir qrup redaktor İrana getmişdik. Bu adamlar biz getdiyimiz məscidin önundə divarın dibində oturmuşdular, nə məssəbə qulluq etdiklərini bilmədim, qəfildən onlara mənimlə şəkil çəkdirməyi təklif etdim və cavablarını gözləmədən şəkil çəkdirdim

Birinci dəfə həbsdən çıxanda məni ilk qarşılayanların başında Gündüz Tahirli idi 

Möhsün Yazıçıoğlu ilə onun iş otağında görüşdük

2005 –ci ilin parlament seçkiləri ərəfəsi- polislə əlbəyaxa

Şəkiyə rəhmətlik Bəxtiyar Vahabzadənin  ziyarətinə getmişdim

Süleyman Dəmirəllə çoxsaylı şəkillərdən biri, 1999-cu il

İranda Səttarxanın büstü önündə şəkil çəkdirməyi özümə borc bildim

İranda olanda Gündüzlə gizlin aradan çıxıb Çöhrəqanlının evinə getdik, onda Çöhrəqanlı həbsdə idi

Mürşüd Məmmədli, Bəxtiyar Vahabzadə, mən, Şirməmməd müəllim, Famil Mehi. 2000-ci ildə həbsxanada yazdığım kitabın təqdimatı, rəhmətliklər böyük insanlar idi...

2005-ci ilin parlament seçkiləri... Namizəd kimi Nardaran kəndinə əhali ilə görüşə getmişəm

Narıncı inqilab olmadı...

Müsavat başqanı ilə birgə

Həbsxana - adamın ailə üçün öldüyü, öləndən sonra dost-tanışın ailənə, sənin məzarına münasibətinin göründüyü  yerdir...

Türmədə İqbal bəy heç vaxt əlini bu caydandan götürməzdi, onu yaman qoruyurdu. Elə bilirdi kimsə onu çırpışdırmağa girəvə axtarır...

Pənah Hüseynlə hətta bir neçə ömür də yol getmək olar. Lap türmə həyatı olsun, ora öyrəşdinsə, ayrılanda çox darıxırsan...Elə bil orada nəyinsə qalıb...

Onu da deyim ki, həbsxanada 7-8 kilo kökəldim... Axır vaxtlar başımızı bir az buraxmışdılar...Orada adam bir də yaxşı yaradıcı olur...

Sərhədsiz Reportyorların rəhbəri Robert Menar həbsxanaya yanıma gəlmişdi. Sən demə elə zənn edirmış ki, məni azad etdirəcək...

"Yeni Müsavat"da debat- Pənah Hüseynlə Sirus Təbrizli biri-birini qırır

 

 



 


Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu