10 Sentyabr 2021, 13:23 | Ana Səhifə - Yazılar - Jurnalistikamızın problemlərini qabardan mətbuat konfransları...
Jurnalistikamızın problemlərini qabardan mətbuat konfransları...

Elman Babayev

Sosial şəbəkələrdən təhsil naziri Emin Əmrullayevin sonuncu mətbuat konfransındakı bir sıra məqamlara qulp qoymaq, orada irəli sürülən məsələlərə naşı yanaşma tendensiyasını izləyirik. Və təəssüflə. Niyə təəssüf? Çünki qarşımıza çıxan lüzumsuz mənzərəni yenə də qeyri-peşəkarlıq yaradır; jurnalistikanın problemləri bu yerdə yenə də qabarmağa başlayır.


Diqqət edək: Ölkədə vacib məsələ ilə bağlı qərar açıqlanır, hansı ki, cəmiyyət bunu uzun zamandır gözləyir: təhsilə nə zaman və necə başlanılacaq. Təhsilin bütün pillələrində ənənəvi formaya qayıdış qərarı var və nazir brifinqə başlayan kimi bu haqda ətraflı məlumat verir. Cəmiyyətə verilən bilgilər təfsilatlı olduğu üçün heç suallara yer də qalmır, əslində. Əgər kiçik nüanslar nəzərə alınmazsa. Amma etika deyilən bir anlayış var və təhsilin rəhbər şəxsi də etik davranaraq, hamı üçün sual verməyə şərait yaratdı. Əvəzində görünən nə idi? Təkrar suallar. Məntiqsiz suallar. Dezinformasiyalar, ehtimallar üzərində qurulmuş suallar və s.


Təkcə sonuncu mətbuat konfransındamı bu mənzərə yaşandı? Təbii ki, yox! Son illər keçirilən canlı brifinqləri izləmək yetər ki, jurnalistikamızın ümumi durumu açıq-aydın görünsün. Müəyyən istisnaları nəzərə almasaq, əksər hallarda jurnalist məmura hansı suallar verilməli olduğunu belə bilmir, brifinq və ya müsahibələrdə hazırlıqsız olur. Candərdi verilən təkrar suallar xoş olmayan vəziyyət yaradır. Təəssüf ki, bir çox hallarda jurnalistin mövzu ilə bağlı bilgisi adi vətəndaşın bilgisindən fərqlənmir.


Nəticə isə o olur ki, suallar primitiv, qeyri-peşəkar olur və qarşı tərəfə problemi kompleks açmasına şərait yaratmır.


Birincisi, istənilən məmur səviyyəsində təşkil olunan brifinqdə həmin sahə ilə bağlı məlumatlı, peşəkar jurnalistlərin iştirakı vacibdir, belə auditoriyada savadlı suallar tələb olunur. Savadlı sualı isə tədbirin əhəmiyyətini və nazirin dediklərini diqqətlə izləyə bilən jurnalist yerinə yetirə bilər. Cavabi verilmiş suala jurnalist yenidən qayıdırsa, bu, o deməkdir ki, o, ya öz sahəsində naşıdır, ya sual xatirinə sual verməyə çalışır, ya da mətbuat konfransını diqqətlə izləmir; bununla da həm lüzumsuz yerə vaxt alır və peşə fəaliyyətini məsuliyyətlə yerinə yetirmir.


İkincisi, məmur dövlətin mövqeyini ifadə edirsə, jurnalist bu mövqeyi öz auditoriyasına təhrif olunmuş şəkildə, ironik üslubda yox, xəbərə ciddi yanaşma ortaya qoyaraq çatdırmalı, yaxud şərh etməlidir. Sonuncu mətbuat konfransına qayıtsaq məlumdur ki, bir ildən artıqdır COVİD-19 səbəbilə təhsil iflic duruma düşüb. Dövlət vəziyyətdən çıxmağa çalışır. Təkcə Azərbaycanda deyil, dünyanın hər yerində vəziyyət ürəkaçan deyil! Heç kim gələcəklə bağlı proqnoz verə bilmir! Məktəblərin qapısı bağlıdır, müəllim də, şagird də, tələbə də təhsildən ayrı düşüb. Vəziyyət dəyişməlidir. Ortaya indiki halda mümkün olan qərar qoyulur. Bu, cəmiyyəti düşündürən vacib məsələ olduğu üçün nazirin açıqladığı xəbəri cəmiyyətə ötürən, şərh edən tərəf kimi medianın da məsuliyyəti var: rəsmi qurumdan, rəsmi şəxsdən verilən açıqlamanı doğru çatdırmaq lazımdır-qulp qoymadan! Üstəlik, insanları düşündürən sualları düzgün, savadlı formalaşdırıb, ünvanlamaq lazımdır-daha bəsitləşdirmək, primitivləşdirmək yox! Məktəblər açılmır -tənqid, açılır tənqid ziddiyyəti də sosial medianın qeyri-peşəkarlığı ilə formalaşdırılan ictimai rəydir. Hər halda yaxşı mənzərə deyil. Cəmiyyətin məktəblər qapananda da, açılanda da ağıllı, məntiqli təhlilə ehtiyacı var. Media bunu düzgün yerinə yetirməyəndə acınacaqlı vəziyyət yaranır.


Nə qəqər acı olsa da, bu gün mediamızda “copy-paste” aludəçiliyi yaranıb və yalnız xəbərlər yaymaqla işini bitmiş sayır. Bir sıra hallarda yanlış bir xəbər dəqiqləşdirilmədən kopyalanaraq ildırım sürəti ilə yayılır, ictimai rəy çaşdırılır.


Hazırda Azərbaycanda kifayət qədər xəbər saytları fəaliyyət göstərir. Amma bu saytlarda tək-tük misalları nəzərə almasaq analitika, təhlil xarakterli yazılar demək olar ki yoxdur. Öz üzərində işləməmək, tələbkarlığın olmaması ölkədə jurnalistlərin peşəkarlığının, hazırlıq səviyyəsinin olduqca aşağı düşməsinə səbəb olur. Reallıq budur ki, nə redaksiyalar jurnalistdən peşəkarlıq tələb edir, nə də jurnalist öz üzərində işləyir.


Bütün bu hallar mediada çoxsaylı yanlışlıqlara, dezinformasiyalara, konteksdən çıxarılmalara və s. geniş meydan açır. Yaranmış durum ilk növbədə, redaksiyaların rəhbərliyi tərəfindən nəzərə alınmalı, peşəkarlıq məsələsinə tələbkar yanaşılmalıdır. Əks təqdirdə, hər vacib məsələnin həlli, qərarı gündəmə gələndə qulp qoyanların sayı da çox olacaq, görülən işləri, atılan addımları gözdən salmaq halları da!

MÜƏLLİFİN DİGƏR YAZILARI
"Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID-in qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06 Erməniləri təşvişə salan hərbi hissə - VİDEO 19 Oktyabr 2021, 19:00 Daha bir məktəb distant tədrisə keçdi 19 Oktyabr 2021, 18:56 İlham Əliyev Ərdoğana başsağlığı verdi 19 Oktyabr 2021, 18:50 Koronavirusun yeni ştammı aşkarlandı 19 Oktyabr 2021, 18:43 Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir 19 Oktyabr 2021, 18:36 Universitetdə “Özbək dili günü” - FOTOLAR 19 Oktyabr 2021, 18:30 Prokurorluq həkimlə bağlı araşdırmalara BAŞLADI 19 Oktyabr 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 19 Oktyabr 2021, 18:16 Azyaşlı sığınacağa yerləşdirildi - SƏBƏB  19 Oktyabr 2021, 18:10 Əli Əsədov slovakiyalı nazirlə GÖRÜŞDÜ 19 Oktyabr 2021, 18:05