Modern.az

İngiltərəni də üsyan bürüdü

İngiltərəni də üsyan bürüdü

Dünya

5 Yanvar 2019, 20:25

Avropanın daha bir ölkəsində “sarı jiletlilər” üsyana qalxıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə “sarı jiletlilər” parlament binasına hücum edib. Təxminən 100 nəfərdən ibarət etirazçı qrup parlament binasına daxil olmağa çalışsa da, İngiltərə polisi onları dayandırıb.

 

İngiltərə polisi 13 yaşlı qız uşağı da daxil olmaqla, ümumilikdə 4 nəfərin saxlanıldığını açıqlayıb.

 

Qeyd edək ki, Fransada benzinin bahalaşmasına qarşı başlayan “Sarı jiletlilər” aksiyası bir sıra Avropa ölkələrinə də yayılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı