Modern.az

Lavrovla Blinkenin görüş vaxtı və yeri açıqlandı

Lavrovla Blinkenin görüş vaxtı və yeri açıqlandı

Dünya

20 Yanvar 2022, 14:01

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken yanvarın 21-də Cenevrədə görüşəcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

"Yanvarın 21-də Cenevrədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi cənab Blinken arasında danışıqlar olacaq", - o, brifinq zamanı deyib.

 

Zaxarovanın sözlərinə görə, tərəflər “təhlükəsizlik təminatlarına dair” sənədləri müzakirə edəcək, həmçinin təhlükəsizlik zəmanətləri üzrə danışıqlarda “mümkün gələcək addımlar barədə qərar qəbul etməyə” çalışacaqlar.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...