Modern.az

Ermənistanda iqtisadi artımın yarısını Rusiyadan köçənlər təmin edib

Ermənistanda iqtisadi artımın yarısını Rusiyadan köçənlər təmin edib

Dünya

16 Mart 2023, 09:20

"Rusiyadan köçənlər keçən il Ermənistanın iqtisadi artımının demək olar ki, yarısını təmin ediblər".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Ovanisyan deyib.

 

"İqtisadiyyatın 12.6% artımına Ermənistana insanların və maliyyə resurslarının axını, yerli şirkətlər üçün yaranmış əlavə imkanlar kömək edib", - deyə nazir bildirib.

 

Onun sözlərinə görə, müharibə ilə əlaqədar 2022-ci ildə Rusiyadan Ermənistana 790 min, bir il əvvəl isə 350 mindən çox insan gəlib: "2022-ci ildə Ermənistana pul köçürmələri təxminən 2.5 dəfə artaraq 5.2 milyard dollara çatıb. Bunların 3.6 milyard dolları Rusiyadan gəlib".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...