"Rusiya Ermənistan-Azərbaycan danışıqlarında əsas vasitəçi olaraq qalır".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Semonyan deyib.
O, jurnalistlərə bildirib ki, İrəvan və Bakı arasında sülh müqaviləsi üzrə təklif mübadiləsi müxtəlif oyunçuların vasitəçiliyi ilə baş verir, lakin Moskva əsas aktor olmaqda davam edir.
"Bununla belə, ABŞ və Fransadan da təşəbbüslər var", - spiker əlavə edib.