Modern.az

Ərbakanın oğlu prezident olmaq istəyir

Ərbakanın oğlu prezident olmaq istəyir

Dünya

20 Mart 2023, 15:28

Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakanın oğlu, onun Səadət Partiyasından qopan Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan prezidentliyə namizəd olacağını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

"Bütün seçki dairələrində hər hansı ittifaqa daxil olmadan müstəqil şəkildə seçkilərdə iştirak etmək barədə qərar qəbul etmişik. Yenidən Rifah Partiyasının prezidentliyə namizədi olaraq bəndəniz bu gün rəsmi şəkildə müraciət edəcəyəm", - deyə partiya sədri söyləyib.

 

Qeyd edək ki, Türkiyədə həm parlament, həm də prezident seçkiləri 14 mayda olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada