Modern.az

Seçilsəm, fiziki məhdudiyyətli vitse-prezidentimiz olacaq - Sinan Oğan

Seçilsəm, fiziki məhdudiyyətli vitse-prezidentimiz olacaq - Sinan Oğan

Dünya

21 Mart 2023, 12:09

Türkiyədə ATA İttifaqının prezidentliyə vahid namizədi Sinan Oğan fiziki məhdudiyyətli bir şəxsi prezident seçiləcəyi təqdirdə vitse-prezident təyin edəcəyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.

 

"Biz vitse-prezident olaraq bir fiziki məhdudiyyətli vətəndaşımızı təyin edəcəyik. İlk müəyyən etdiyimiz vitse-prezident olaraq qadın siyasətçimiz Sevda Özbeki elan etdik. Həmçinin gənclərimizdən də vitse-prezident olacaq. Gənclərimiz, fiziki məhdudiyyətli vətəndaşlarımız, qadınlarımız siyasətdə yerlərini tutmalıdırlar", - deyə Oğan qeyd edib.

 

Xatırladaq ki, Oğanın namizədliyinin qeydə alınması üçün dünən rəsmi şəkildə Türkiyənin Ali Seçki Komissiyasına müraciət olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...