Modern.az

Ermənistan ordusu sərhədləri qoruya bilmir - Ohanyan

Ermənistan ordusu sərhədləri qoruya bilmir - Ohanyan

Dünya

31 Mart 2023, 15:46

"Ermənistan hakimiyyəti sərhəd kəndlərinin sakinlərini azərbaycanlılarla tək qoyub".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri, hazırda parlamentdəki müxalif "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.

 

"Hakimiyyət reallıqdan təcrid olunmuş vəziyyətdə yaşayır və Ermənistan və Qarabağın başına gələnləri sanki unudub. Onların hərəkətləri və bəyanatları mövcud vəziyyətə adekvat deyil. Azərbaycan Silahlı Qüvvələrinin yeni sərhədlərdə, indiki halda Tex kəndi yaxınlığında necə möhkəmlənməyə nail olması aydın deyil. Ermənistan qüvvələri isə öz sərhədlərini lazımi səviyyədə qoruya bilmir", - Ohanyan şikayətlənib.

 

"Ermənistanın Azərbaycanla sərhədlərini qorumaq ilk növbədə ordunun vəzifəsidir. Hakimiyyət tərəfindən elan edilən ordu hissələrinin sərhədçilərlə əvəzlənməsi planları obyektiv vəziyyəti əks etdirmir. Ölkələr arasında münasibətlər sülh şəraitində olanda sərhəddə sərhədçilər dayanır", - eks-nazir bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada