Modern.az

Türkiyədə bələdiyyə sədri iş saatlarını azaltdı

Türkiyədə bələdiyyə sədri iş saatlarını azaltdı

Dünya

31 Mart 2023, 16:25

Türkiyənin Tunceli bələdiyyəsinin sədri Bülent Maçoğlu qurum əməkdaşlarının iş saatlarının azaldılması barədə qərar imzalayıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bələdiyyədə işləyənlər bundan sonra 7 saatlıq iş rejimi ilə əmək fəaliyyətlərini davam etdirəcəklər.

 

2019-cu ildə keçirilmiş yerli seçkilərdə Türkiyə Kommunist Partiyasının (TKP) qalib gəldiyi yeganə şəhər olan Tunceli bələdiyyəsində həmçinin əməkdaşların maaşı da artırılıb.

 

Belə ki, bələdiyyə işçilərinin minimum əməkhaqqısı ölkə üzrə müvafiq göstəricidən daha yüksək həddən 21 200 lirədən hesablanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?