Modern.az

Ermənistan Putini həbs etməkdən çəkindi - Proqnozlaşdıra bilməmişik

Ermənistan Putini həbs etməkdən çəkindi - Proqnozlaşdıra bilməmişik

Dünya

2 Aprel 2023, 10:05

Ermənistan hökuməti Rusiya prezidenti Vladimir Putini ölkəyə səfər edəcəyi təqdirdə Haaqa tribunalına verməyəcək.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan açıqlayıb.

 

Onun sözlərinə görə, hökumət Azərbaycanla fikir ayrılıqlarına görə 2022-ci ilin dekabrında Roma Statutuna qoşulub və Beynəlxalq Cinayət Məhkəməsinin sonrakı qərarlarını öncədən proqnozlaşdırmaq mümkün olmayıb.

 

"Buna görə də hakim komanda Putin Ermənistana səfər edəcəyi təqdirdə onu həbs etmək fikrində deyil", - Arşakyan əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada