Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçmək üçün təqribən 40 000 nəfərə təlim keçir.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ukraynalı çağırışçılar və onların təhsil alan komandirlərinə istinadən məlumat yayıb.
Ukraynanın əks-hücum əməliyyatının məqsədi Rusiyanın işğal etdiyi əraziləri azad etməkdir. Bildirilir ki, qarşıdakı həftələr və ya aylarda əks-hücum gözlənilir.
Qeyd edək ki, fevral ayında Ukrayna Daxili İşlər Nazirliyi Hücum Qvardiyasına yeni çağırışçıların qəbulunu elan edib və 35 mindən çox müraciət daxil olub.
Aprelin 3-də ABŞ-ın NATO-dakı səfiri Culian Smit bildirib ki, Vaşinqton Ukraynanın yaxın həftələrdə əks-hücum əməliyyatına başlayacağını gözləyir.